Təhsil ictimaiyyəti bu qanunun qəbulunu səbirsizliklə gözləyir Deputat

23.01.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarşıda yeni vəzifələr durur. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də dünyada yeni tendensiyalar baş verir. Önəmli məsələlərdən biri "Ali təhsil haqqında" qanunun qəbuludur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir.

"Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsinin 1 ilə endirilməsidir. İnanıram ki, tezliklə qanun qəbul ediləcək və bu təhsilimizin inkişafına öz töhfəsini verəcək".

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью