Təhsil İdarəsi İncəsənət Gimnaziyasındakı son vəziyyəti açıqladı

25.08.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bakıda fəaliyyət göstərən 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət Gimnaziyası) və 3 uşaq bağçasının isə (352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası, Etibar Ömərov adına uşaq bağçası) əsaslı təmiri davam edir.

Eləcə də ehtiyac olan 210 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edilib ki, 2025-2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 4 məktəbdə (59, 151, 324 və 313 nömrəli) və 2 uşaq bağçasında (101 və 351 nömrəli) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq istifadəyə verilib. Bununla yanaşı, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 328 nömrəli və A. Məmmədov adına uşaq bağçası) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью