Təhsil işçilərinin işdən azad olunması ilə bağlı iddialara rəsmi cavab

17.01.2025

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir. Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir.

Cari il ərzində metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulur.

2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur.

Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью