Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yaxşı müəllimin şagirdin həyatındakı rolu danılmazdır, lakin təhsil yalnız bir müəllimin əməyi ilə formalaşmır".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, müəllimin peşəkarlığı və keyfiyyəti vacib olsa da, təhsil sistemində uğur komanda işindən asılıdır. Onun sözlərinə görə, məktəbdə müəllim, direktor, valideyn və digər təhsil iştirakçıları birlikdə çalışdıqda şagird üçün daha yaxşı nəticələr əldə etmək mümkündür.
Emin Əmrullayevin deiyinə görə, elə müəllimlər var ki, onların fəaliyyəti təkcə bir şagirdin deyil, bütöv məktəbin tarixində mühüm iz qoyur. Bununla belə, hər bir uşağın uğurunda məktəbin bütün kollektivinin və ailənin rolu var.
Nazir vurğulayıb ki, təhsildə əsas məqsəd şagirdin inkişafı və uğurudur, buna görə də bütün tərəflər bu hədəfə xidmət edən vahid komanda kimi fəaliyyət göstərməlidir.
Zeynəb Rzayeva