Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ayrıca Təhsil Məcəlləsinin hazırlanması təklif edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, dünyada baş verən proseslər təhsil sahəsində islahatların sürətləndirilməsini, qanunvericilik bazasının təkmilləşdirilməsini və gücləndirilməsini zəruri edir.
C.Məmmədovun sözlərinə görə, “Təhsil haqqında” qanuna yenidən baxılmasına, ali təhsil və distant təhsil haqqında qanunların hazırlanaraq qəbul edilməsinə ehtiyac var.
O, gələcəkdə ayrıca Təhsil Məcəlləsinin hazırlanmasını da təklif edib.
Zeynəb Rzayeva