Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.
Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şəki Dövlət Regional Kolleci bu ilin sentyabr ayında Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzindən 6 min manat 2 qəpik dəyərində odun yanacağı satın alıb. İki qurum arasında imzalanan satınalma müqaviləsinin noyabr ayının 24-də başa çatacağı qeyd olunub.
Elnur Əli