Təhsil Nazirliyindən “köhnə dost”a növbəti milyonluq tender

24.12.2024

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

- +

Təhsil Nazirliyi ilin sonuna yaxın tenderlərinin sayını artırmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən nazirlik növbəti tenderin nəticələrini açıqlayıb.
Məlum olub ki, Təsərrüfat Hesablı Əsaslı Tikinti Təhcizat İdarəsi maşın və avadanlıqların əsaslı təmiri işlərinin satınalınmasını həyata keçirəcək. 1.265.196,24 manat dəyərində olan tenderin qalibi “UNIVERSAL-S” MMC olub.
Qeyd edək ki, “UNIVERSAL-S” MMC ilə Təhsizl Nazirliyi arasında tender “alış-verişi” ilk deyil. Təkcə, bu ilin oktyabrında nazirlik sözügedən şirkətlə 3.838.613,4 manatlıq satınalma müqaviləsi imzalayıb. Ötən ilin yayında da eyni adlı məsələ ilə bağlı müsabiqənin qalibi olan “Universal-S” MMC nazirlikdən 3 813 221 manatlıq sifariş almışdı. 2023-cü ildə bu cür anlaşmalardan daha biri isə “Respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satınalınması” ilə bağlı olub. Həmin razılaşmaya əsasən nazirlik 649 591 manat pul ayırıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Hikmət Tofiq oğlu Ağayevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью