Təhsil ocağına bitişik lazer salonu: məktəb ərazisində biabırçılıq

17.12.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 39 ünvanında yerləşən S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının giriş hissəsində məktəb divarına bitişik şəkildə bir neçə qanunsuz obyekt inşa edilib.
Demokrat.az
xəbər verir ki, sözügedən tikililər məktəbə giriş-çıxışı məhdudlaşdırır və təhlükəsizlik baxımından ciddi risk yaradır. 
Xüsusilə, gimnaziyanın divarına bitişik şəkildə fəaliyyət göstərən lazer salonu narahatlıq doğurur.
Qeyd edilir ki, mövcud vəziyyət təhsil müəssisəsinin normal fəaliyyətinə mane olur, həmçinin məktəb ərazisinin təyinatı üzrə istifadəsini pozur.
Vətəndaşlar məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə müraciət ünvanlayıblar. Onlar qanunsuz tikililərin araşdırılmasını, zəruri tədbirlərin görülməsini və nəticə barədə məlumat verilməsini tələb edir. 
Əfsanə Kamal 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью