Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elçin Süleymanov: “Problemlər susdurulmaqla yox, izah edilməklə həll olunmalıdır”Dövlət İmtahan Mərkəzi yeni tədris ilindən etibarən ictimaiyyət üçün açıq müzakirələrə başlayacaq.
DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, mərkəz elmi statistik təhlilləri qaydalı şəkildə həmişə açıqlayır: "Yeni islahatlar üçün həmişə təhlillər olmalıdır.
Ona görə də statistikaları həmişə açıqlayırıq ki, ictimaiyyət məlumatlı olsun.
Odur ki, hər ay ictimaiyyəti maraqlandıran mövzuları seçib ayda bir gün ictimai müzakirələr aparacağıq.
Sentyabrdan belə ictimai müzakirələr başlayacaq və hər ay mövzular fərqli olacaq".Təhsil eksperti Elçin Süleymanov “Şərq”ə açıqlamasında qeyd etdi ki, ictimai müzakirələrin aparılması təhsil sahəsindəki problemlərin, pedaqoji kollektivləri, tələbə-şagird kontingentini, həmçinin valideynləri narahat edən məsələlərin işıqlandırılması və həll yollarının tapılması üçün çox faydalıdır: - DİM-in öz fəaliyyəti ilə əlaqədar ictimai dinləmələr təşkil etməsi, müzakirələr aparması, düşünürəm ki, əhəmiyyətli olar.
Burada maraqlı tərəflər – həm imtahana hazırlaşanlar, həm pedaqoqlar, həm jurtnalistlərlə dialoq imkanı yaranacaq.
Çünki bəzən məhz dialoq əskikliyindən problemlər ortaya çıxır.