Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. “”İnsan kapitalı” nəzəriyyəsinə əsasən, təhsil bir sərmayə növü kimi nəzərdə tutulur.
Təhsil prosesinə sərf olunan zaman və resurslar, dərhal tükənən deyil, uzun müddətli nəticələr doğuran bir sərmayədir.
Bu nəzəriyyəyə görə, insanın təhsil almaqla əldə etdiyi bilik və bacarıqlar onun gələcəkdə əmək bazarında daha məhsuldar və yüksək maaşlı işlərə çıxışını təmin edir.
Nəticədə, təhsil insanın gələcəyinə bir investisiya sayılır və bu yatırım daha yüksək gəlirlərlə geri dönür”.
KONKRET.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, təhsilli fərdlər iş yerlərində daha effektiv çalışır, daha yüksək məhsuldarlığa malik olurlar: “Bu da iqtisadi artıma və innovasiyalara təkan verir.
Bir çox araşdırma göstərir ki, təhsil səviyyəsinin artması ölkənin ümumi daxili məhsuluna (ÜDM) müsbət təsir göstərir.
Təhsil alan şəxslər təhsilsiz həmyaşıdlarına nisbətən daha yüksək maaş alırlar.