Icma.az bildirir, Azertag portalına istinadən. Naxçıvan, 20 dekabr, AZƏRTAC Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı i
Qeyd olunub ki, elmi potensialın gücləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı universitetin əsas prioritetlərindəndir.
Rektor bildirib ki, universitetdə müxtəlif ixtisaslarda təhsil alan tələbələr real iş mühiti ilə tanış olmaq üçün yerli idarəetmə və inzibati qurumlarda təcrübə keçir, bununla da əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnirlər.
Bu il universitetdə keçirilən karyera sərgisi çərçivəsində 2000-dən artıq vakansiya elan olunub və məzunların işlə təmin olunmasında ciddi nailiyyətlər əldə edilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarına ali təhsil sisteminin müasir çağırışları ilə bağlı vacib məqamları diqqətə çatdırıb.
Qeyd olunub ki, təhsil sisteminin inkişafı üçün müasir dövrün tələblərinə uyğun islahatlar aparılması zəruridir.
O, ali təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşmasının, eləcə də tələbələrə keyfiyyətli təhsil imkanlarının yaradılmasının vacibliyini vurğulayıb.
Tural Əhmədov ali təhsildə innovativ yanaşmaların tətbiqinin, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının, həmçinin universitetlərdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinin prioritet məsələlər olduğunu bildirib.Agentliyin İdarə Heyətinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev “Akkreditasiya prosesinin konseptual müzakirələri”, Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov “Təhsildə müasir çağırışlar”, Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Elnur Xəlilov “Kvalifikasiyaların tanınması necə həyata keçirilir?” mövzularında çıxış ediblər.Tədbirin ikinci hissəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları tərəfindən “Tələbəyönümlü yanaşma və effektiv təlim nəticələri” və “Məlumatəsaslı qərarvermə yolu ilə ATM-də keyfiyyət mədəniyyətinin formalaşdırılması” mövzularında təlimlər təşkil olunub.Tədbirin sonunda təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi alətlərinin tələbləri və tətbiqi mexanizmi barədə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.