Icma.az, Qaynarinfo saytına istinadən bildirir. Naxçıvan Şəhər Təhsil Şöbəsi "Embawood" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, qurum şirkətdən mebel avadanlıqları almağı planlaşdırır. Buna görə "Embawood” MMC-yə 82 085,52 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Embawood” MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir.
Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən "Embawood” MMC-n
Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. "Embawood” şirkətinin təsisçisi deputat Məşhur Məmmədovdur.
Bu fakt onun haqqındakı bioqrafik məlumatlarda da əks olunub.
Həmin məlumatlarda qeyd edilir ki, 1996-cı ildə şirkəti təsis edən Məşhur Məmmədov 2011-ci ilə kimi onun baş direktoru olub.
2011-2013-cü illərdə isə "Embawood Gürcüstan” şirkətinin baş direktoru olan deputat 2013-2015-ci illərdə "Embawood” MMC-nin təsisçisi kimi qalmaqla şirkətin direktor müavini vəzifəsində işləyib.