Təhsil Tələbə Krediti Fondu: Üç il ərzində 41 milyon manata yaxın vəsait ali məktəblərin h…
Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 20 dekabr, AZƏRTAC Təhsil Tələbə Krediti Fondunun (TTKF) elektron portalına bu günə kim
46 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu TTKF-nin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb: “Fond tərəfindən davamlı şəkildə təbliğat, təşviqat və maarifləndirmə işləri aparılıb.
Hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumi təhsil müəssisələrində görüşlər keçirilib və bu görüşlərdə 55 minə yaxın şəxs iştirak edib.
Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciət operativ qaydada cavablandırılıb.
Vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərilib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu