Təhsil tələbə kreditləri ilə bağlı ŞAD xəbər

11.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əhalinin az təminatlı təbəqələrindən olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsi və təhsilin əlçatanlığının artırılması məqsədilə təhsil-tələbə kreditlərinin maliyyələşdirilməsi üçün kifayət qədər böyük vəsait – 35 milyon milyon manat vəsait ayrılması nəzərdə tutulub”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, deputat Ziyafət Əsgərov parlamentin komitələrinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Elm xərclərinin 2 257,9 milyon manata çatdırılması və əvvəlki illə müqayisədə 12,4% artırılması elmi tədqiqatların və tətbiqi elmin inkişafına ayrılan resursların genişləndirilməsinə çox böyük imkanlar yaradır. Əsas məsələ bu vəsaitlərin istifadəsinin səməriləşdirilməsi, elmlə təhsilin inteqrasiyasının gücləndirilməsi və əldə olunan nəticələrin ölkənin iqtisadi inkişafına töhfəsinin artırılmasıdır", - deyə o qeyd edib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью