Təhsil yalnız bilik əldə etmə vasitəsi deyil... EKSPERT FİKRİ | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Təhsilin pullu olması məsələsi cəmiyyətdə daim müzakirə mövzusu olub və əsasən bərabər imkan prinsipinə nə dərəcədə uyğun gəlib-gəlməməsi ilə bağlı suallar doğurur.
Əslində, bərabər imkan prinsipi ondan ibarətdir ki, hər bir fərd, sosial mənşəindən, ailəsinin maliyyə vəziyyətindən və ya yaşadığı regiondan asılı olmayaraq keyfiyyətli təhsilə çıxış imkanı əldə etməlidir".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, təhsilin tamamilə pullu olması müəyyən mənada həmin prinsipə zidd hesab oluna bilər.
Çünki ödənişli təhsil sistemi imkanlı ailələrin övladlarına üstünlük verir, imkanları məhdud olan ailələrdən çıxan gənclərin isə keyfiyyətli təhsilə çatım imkanlarını məhdudlaşdırır: "Lakin burada vacib nüanslardan biri ondan ibarətdir ki, bir çox ölkələrdə təhsil tamamilə pullu deyil, həm dövlətin maliyyələşdirdiyi pulsuz və ya qismən subsidiyalı təhsil formaları, həm də paralel olaraq pullu təhsil formaları mövcuddur.
Bu, müxtəlif sosial təbəqələrə uyğun seçim imkanı yaradır. Əgər dövlət təhsil sistemində balanslı mexanizmlər tətbiq olunursa - yəni imkansı
Əksinə, bu zaman həm dövlətin yükü azalmış olur, həm də təhsildə keyfiyyət rəqabəti formalaşır.
Tam oxu
Xəbəri oxu