Təhsil yerinə TOY “Erkən nikah problemi təkcə qanunvericiliklə düzəlməyəcək” | Icma.az
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son vaxtlar ölkədə erkən evlilik hallarının artması ciddi narahatlıq doğurur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə gördüyü tədbirlər isə gözlənilən effekti vermir.
Hesab edilir ki, problemin kökü yalnız qanunvericilikdə deyil, həm də ictimai düşüncədədir.
Bəs erkən nikahların qarşısını almaq üçün hansı real addımlar atılmalıdır?Mövzu ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı Bizim.Media-ya açıqlamasında bildirib ki, son vaxtlar erkən nikah hallarının artması cəmiyyət üçün ciddi siqnaldır və bu, yalnız sosial və hüquqi deyil, həm də mənəvi-psixoloji problemdir:“Erkən nikah insanın, xüsusilə də qız övladlarının təhsil, inkişaf və gələcək həyat imkanlarını məhdudlaşdırır.
Bu cür hallar sağlam ailə modelinin formalaşmasına da mənfi təsir göstərir.
Dövlətimiz bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atır, müxtəlif qurumlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər və Təhsil nazirlikləri birgə maarifləndirici tədbirlər həyata keçirirlər.
Lakin bu problemin tam aradan qaldırılması üçün təkcə inzibati və hüquqi mexanizmlər deyil, ictimai düşüncənin dəyişməsi əsas hədəf olmalıdır”, - deyə Günay Ağamalı bildirib.
Tam oxu
Xəbəri oxu