Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt İnzibati Məhkəməsi diplomunun tanınmasını tələb edən iddiaçının şikayətini təmin edib.
Hurriyyet.az-ın məlumatına görə, iddiaçı 2015-ci il tarixdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti “Fövqəldə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis” bakalavr dərəcəsinin ali təhsil üzrə ixtisasına daxil olub, 23 iyun 2020-ci il tarixində həmin ali təhsili bitirib.
Belə ki, ona 25 iyun 2020-ci il tarixdə bakalavr diplomu verilib.
Sözügedən Universitetdə 2015- 2020-ci illər olmaqla, qiyabi əsasla təhsil alıb.
Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etsə də, Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarəsi ona tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında müvafiq ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə olan tədris yükünün yerində yetirməyinin qeyri-mümkün olması səbəbindən imtina məktubu verib.
İddiaçı bildirib ki, diplomun tanınmasında heç bir qadağa olmadığı halda diplom üzrə aldığı ixtisasın tanınmaması Beynəlxalq Konvensiyaya ziddir.
Hətta xarici passportundan da təhsil aldığı müddətlərdə müntəzəm olaraq Belarus Respublikasına səfər etdiyi və uzun müddət orada qaldığı açıq-aydın görünür.