Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 25 dekabr, AZƏRTAC Cari ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 6 yeni p
AZƏRTAC xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov dekabrın 25-də keçirilən brifinqdə deyib.
O bildirib ki, qeyri-formal və informal təhsil üzrə TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb: “Cari il ərzində ümumilikdə 240 nəfər ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib.
Onlardan 192 nəfərin nəticələri məqbul hesab edilərək ikinci mərhələyə keçib, 48 nəfər isə qeyri-məqbul nəticə göstərib.
İkinci mərhələdə bacarıq, təcrübə və səriştələrin qiymətləndirilməsi davam edir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.