“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıd…
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. “2009-2013-cü illərdə, 5 il ərzində biz Boloniya prosesinə qoşulmalıydıq.
Amma ali məktəblərdə həmin müddət ərzində heç bir iş görülmədi.
Ona görə ki, bununla əlaqəli heç bir maliyyə ayrılmadı...” “2009-cu ildə mənim də çalışdığım ADPU-nun rektorluğunda “2009-2013-cü illərdə ali təhsil məkanının Avropa təhsil məkanına inteqrasiyası” adlı dövlət proqramının universitetdə icrası ilə əlaqədar tədbirlər planı hazırlamaq üçün toplaşmışdıq.
Yəni Təhsil Nazliyi həmin proqramla bağlı bütün universitetlərdən, o cümlədən də bizdən 5 il ərzində görəcəyimiz işlərin tədbirlər planını tələb edirdi.
Mən müşavirədə sual verdim ki, sözügedən proqramla bağlı dövlətin ayırdığı puldan bizim universitetə hansı məbləğ ayrılacaq- biz də ona uyğun görəcəyimiz işlərimizi, aparacağımız islahatları layihələndirək”.
Bunu Moderator.az-a açıqlamasında “Təhsil sahəsində hansısa dövlət proqramlarının həyata keçirilməsində özünüz bilavasitə bir alim, müəllim, təhsil mütəxəssisi kimi iştirakçı və ya müşahidəçi olmusunuzmu və hansı nəticələrə gəlmisiniz” sualını cavablandırarkən tanınmış təhsil eksperti İlham Əhmədov söyləyib.
“Mən o dövrdə ADPU-da İKT mərkəzinin direktoru idim. Və məlumdur ki, İKT sahəsində istənilən layihə böyük maliyyə tələb edir.
Ona görə də biz ayrılacaq məbləği öncədən bilməli idik. Eynilə universitetin digər strukturları da bu haqda məlumatlandırılmalıyıdı.
Tam oxu
Xəbəri oxu