Təhsildən kənarda qalanların böyük hissəsi qadınlardır

24.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, təhsildən 
kənarda qalanların böyük bir hissəsini qadınlar təşkil edir. 

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında qarşımıza qoyduğu vəzifələrdən biri də cəmiyyətimizə, milli-mənəvi dəyərlərimizə və həyatımıza kənardan yönləndirmə, çoxsaylı ideoloji təsirlərin qarşısını almaq üçün təhsilə diqqət yetirməyin vacibliyidir.

Bu, eyni zamanda qadınların və qızların hərtərəfli inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda zorakılığa qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşdırılmamalıdır. Onun sosial və mənəvi tərəfləri araşdırılması, aradan qaldırılması üçün cəmiyyətin, əlaqədar qurumların birgə səyləri birləşdirilməlidir. 
Hər bir insanın həyatı və rəqabətli yaşamı üçün məsuliyyətli davranış formalaşdırılmalıdır”.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью