Təhsildən yayındırıldığı iddia edilən azyaşlı ilə bağlı AÇIQLAMA

10.12.2024

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sosial şəbəkələrdə təhsildən yayındırıldığı iddia edilən azyaşlı barəsində məlumatlıyıq. Onun hansı səbəbdən təhsildən yayındırıldığı, hər hansı hüquqi maneənin olub-olmaması tərəfimizdən araşdırılır”.

Modern.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyib.

O bildirib ki, məsələ çoxtərəfli yanaşma tələb edir. Buna görə də digər aidiyyəti qurumlara da məlumat verilib:

“Birgə iş aparılır. Biz uşağın təhsilə cəlb olunması üçün lazımi bütün tədbirləri görəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью