Təhsildən yayındırıldığı iddia edilən azyaşlı ilə bağlı AÇIQLAMA

10.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Sosial şəbəkələrdə təhsildən yayındırıldığı iddia edilən azyaşlı barəsində məlumatlıyıq. Onun hansı səbəbdən təhsildən yayındırıldığı, hər hansı hüquqi maneənin olub-olmaması tərəfimizdən araşdırılır”.

Bakılvaxtı.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyib.

O bildirib ki, məsələ çoxtərəfli yanaşma tələb edir. Buna görə də digər aidiyyəti qurumlara da məlumat verilib:

“Birgə iş aparılır. Biz uşağın təhsilə cəlb olunması üçün lazımi bütün tədbirləri görəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью