Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəyənmədiyimiz Sovet dönəmi bir yana qalsın, axı, hələ müstəqilliyimizin ilk illərində də dövlət komissiyası tərəfindən hazırlanmış və ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” qəbul edilmiş və bu rəsmi dövlət sənədi işıq üzü gorəndə çoxlarında təhsilimizin gələcəyi ilə bağlı xoş təsəlli hissi yaranmışdı.
Bu da əsassız deyildi, çünki proqrama islahatın əsas məqsədlərindən biri kimi “bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” barədə müddəa daxil edilmişdi.
Poqramda təsbit olunmuş “təhsil sahəsində hazırlanan normativ və hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi“ və “təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” barədə tələblər isə, ən pessimist dairələrin belə düşüncəsində təhsilimizin gələcəyinə yönəlik ümid qığılcımı yaradırdı.
Çünki bu, bir vətəndaş olaraq onlara da təhsildə gedən proseslərin bərabərhüquqlu subyektinə çevrilmək imkanı verirdi.Ən başlıcası isə “məktəbəqədər, orta , ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ ”“hüquqi bazanı yaratmaq, Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, cəmiyyətin siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək” islahat Proqramının əsas məqsədi kimi müəyyənləşdirilmişdi.
Buna görə də Proqramda təhsil sistemində idarəetmənin demokratikləşmə prosesinə uyğun qurulması, onun yeni məzmun və formalarda tətbiq olunması, təhsil müəsisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s.
müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması kimi tələblər də irəli sürülürdü.
Proqramdakı “təhsil sisteminin hüquqi tənzimlənməsi”, “əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, “idarəetmənin dövlət-ictimai xarakterinin güclləndirilməsi”, “təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyalarin yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi.