Təhsilin İnkişafı Fondu 250 min xərcləyəcək Tender keçirilməyib KONKRET

14.11.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsi ali təhsil müəssisələri üçün “Microsoft” lisenziyalarının alınması üçün 251 835 AZN sərf edəcək.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, Fond bu işi “Azedunet” MMC-yə verib.

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Qeyd: Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin qanuni təmsilçisi Natiq Rza oğlu Yəhyayevdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью