Təhsilin İnkişafı Fondu auditor seçir

13.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini yanvarın 30-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 49 C ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 30-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью