Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandı Azərbaycand…
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir. Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır.
Buna görə də cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu vaxtaşırı təhsilə dəstək layihələri ilə gündəmə gəlir.
Bu layihələrdən biri də "Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən "Onu oxut” ianə aksiyasıdır.
Aksiya çərçivəsində sosial həssas qruplardan olan yüksək bal toplamış tələbələrə təqaüd verilir.
2023-2024-cü təhsil ilində yüksək bal toplayaraq ali məktəblərə qəbul olan 25 tələbə bu imkandan yararlanma şansı əldə edib.
Proqramın davamı olaraq təhsil sisteminin inkişafına yönələn layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsi məqsədi ilə Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verərək, təqaüd layihələrinə hər zaman xüsusi diqqətin ayrıldığını bildirib.
Tam oxu
Xəbəri oxu