Təhsilin məzmunu dəyişdirilsin Ekspertdən TƏKLİF

15.04.2025

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təhsil müddətinin 9 ay olması nə azdır, nə də çox. Əsas məsələ bu müddətdə şagirdə nə öyrətdiyimiz, necə öyrətdiyimiz və onu nə qədər maraqlandıra bildiyimizdir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən təhsil eksperti Kamran Əsədov bildirib ki, Yaponiyada 11 ay oxuyurlar, amma təhsilin keyfiyyəti dərsin sayında yox, dərsin dəyərindədir:

“Bizdə dərs çox ola bilər, amma mühazirə ilə, testlə məhdudlaşmışsa, nəticə dəyişmir.

Əgər dərslər layihə əsaslı, yaradıcı və öyrədici olmasa, tədris müddətini artırmaq da, azaltmaq da problemi həll etməyəcək. Təhsilin təqvimi yox, məzmunu dəyişməlidir”.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью