GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Husilər Təl-Əviv yaxınlığında İsrailin hərbi obyektini vurduqlarını iddia edir.
Globalinfo.az xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriə hərəkatın “Al Masirah” telekanalı vasitəsilə məlumat verib.
Bununla yanaşı, Səriə qeyd edib ki, Yəmənin hərbi dəniz və hava qüvvələri ABŞ-a məxsus iki esminesi hədəfə alaraq Qırmızı dənizdə onlara birgə hücum həyata keçiriblər.
“Zərbələr zamanı bir neçə qanadlı raket və pilotsuz aparat istifadə olunub”, – deyə nümayəndə əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az