Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Kürdistan Demokrat Partiyasının (KDP) sədri Məsud Barzaninin Şırnakın Cizrə rayonuna səfəri Türkiyədə geniş müzakirələrə səbəb olub.
Belə ki, Barzaninin ziyarəti zamanı uzun namlulu silahlı və rəsmi geyimli peşmərgələrin onun müşayiətində görüntülənməsi siyasi dairələrin sərt reaksiyasına gətirib çıxarıb.
MHP lideri Dövlət Baxçalı da bu ziyarəti sərt tənqid edib.
“Vətən torpaqlarımızda yad ölkənin hərbi formasında, silahlarla gəzən şəxslər tək kəlimə ilə rəzalətdir. Türkiyə Cumhuriyyətinin suverenlik hüquqları pozulub. Bu, dövlətin nüfuzuna açıq hücumdur”, -deyə o, qeyd edib.
"AzPolitika.info"