Tək yaşayan qadının evinə girib qızıllarını oğurladı

23.12.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

Tək yaşayan qadının evinə girib qızıllarını oğurladı

Adananın Feke rayonunda tək yaşayan Müyesser Kızıloluk adlı qadın evə girən naməlum şəxsin hücumuna məruz qalıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qolundakı qızıl bilərzikləri oğurlamaq istəyən şübhəliyə müqavimət göstərən Kızıloluk əvvəlcə həmin şəxs tərəfindən döyülüb, sonra isə silahla vurulub. Kızıloluğu yaralayandan sonra şübhəli onun qolbaqlarını oğurlayıb və hadisə yerindən qaçıb.

Qonşuların məlumatı ilə hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib.

Evə gələn həkimlərin ilk müdaxiləsindən sonra Kızıloluk təcili tibbi yardımla Feke Dövlət Xəstəxanasına aparılıb.

Polis şübhəlinin tutulması üçün əməliyyat başladıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью