Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
1979-cu ildə Hindistanda baş vermiş böyük bir daşqın fəlakətindən sonra minlərlə ilan susuzluq və əlverişsiz şərait səbəbindən ölməyə başladı.
KONKRET.az xəbər verir ki, həmin vaxt cəmi 16 yaşı olan Jadav Payeng bu mənzərədən çox təsirləndi.
O, səlahiyyətli qurumlardan kömək gözləmək əvəzinə, öz həll yolunu tapdı. Hər gün çay sahilinə gedərək ağac əkməyə başladı. Günlər həftələrə, həftələr isə illərə çevrildi. İnsanlar ona lağ edir, bu işin mənasız olduğunu deyirdilər.
Amma o, geri çəkilmədi. Aradan keçən 27 ilin sonunda ortaya çıxan şey sadəcə bir neçə ağac deyil, təxminən 550 hektar sahəni əhatə edən nəhəng bir meşə oldu.
Bu gün həmin meşədə fillər, kərgədanlar, pələnglər və yüzlərlə müxtəlif canlı növü yaşayır.
Bəzən bir insanın qətiyyəti və əzmi bir meşədən də böyük iz buraxa bilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az