“Təkcə 1 ixtisas seçmişdim” 700 bal yığan Samir

24.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinə qəbul olunub.

“Qafqazinfo”ya danışan S.Tağızadə bildirib ki, ATU-nun Tibb (tədris ingilis dilində) ixtisasına daxil olub.

“İxtisas seçimində təkcə 1 ixtisas seçmişdim, ona da qəbul olundum”, - deyə o əlavə edib.

Qeyd edək ki, Samir Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunudur. O, həmçinin ötən il İctimai TV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.

Bəsti Məmməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью