Təkcə biz yox, xanımlarımız da rəfiqədir Xalq artisti

23.04.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xalq artisti Məsum İbrahimov, Xalq artisti, tarzən Elçin Həşimov və Əməkdar artist, pedaqoq Elnur Əhmədov ATV-də "Rəngarəng" verilişində qonaq olublar.

AZXEBER.COM xəbər verir ki, Elçin Həşimov illərdir davam edən dostluqlarından danışıb.

O, xanımlarının da rəfiqə olmasından duyduğu məmnunluğu dilə gətirib:

"Biz illərdir ki, birlikdəyik. Bu gün nəinki biz, mən çox şadam ki, bizim xanımlarımız da rəfiqədirlər. Hətta biz bayramları da birlikdə qeyd edirik. Bu il Yeni ili 3 gün ailələrimizlə birlikdə Şuşada qarşıladıq. Orada hətta Mənsum müəllimin nəvələri də var idi".

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью