Təkcə eşşəklərin sayı azalmayıb İqtisadçı ekspert | Icma.az
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Təkcə eşşəklərin deyil, atların da sayı azalıb.
Dövlət Statistika Komitəsinin məlumatında isə qoyunların sayının 1 milyon 600 min baş azaldığı göstərilib. Bunun özü də böyük rəqəmdir.
İnəklərin, eləcə də iribuynuzlu heyvanların da sayı azalıb. Son 10 ildə iribuynuzlu heyvanların sayı 200 min baş azalıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli eşşəklərin sayının azalmasının səbəblərindən danışarkən deyib.
Ekspert azalmanın əsas səbəbini yem qıtlığı ilə əlaqələndirib: "Yem yoxdur. Heyvanlara yem vermək lazımdır.
Ot yoxdur, heyvan ac qala bilməz. Ot tələbatdan 2,5 dəfə azdır. Digər tərəfdən, örüş sahələrindən səmərəli istifadə olunmur.
Örüş sahələrinə aqrotexniki qulluq edilmir. Bu problem də var.
Bu səbəbdən Azərbaycanda heyvanların sayı kəskin şəkildə düşür və azalma davam edir”.
Tam oxu
Xəbəri oxu