Təkcə o Zelenskini alqışlamadı Beynəlxalq konfransda maraqlı anlar

27.03.2026

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna lideri Volodimir Zelenski beynəlxalq konfransların birində etdiyi çıxışdan sonra iştirakçılar tərəfindən ayaqbüstə alqışlanıb. 

Ukrayna lideri çıxışında ölkəsindəki vəziyyət və müharibənin gedişi barədə məlumat verib. Nitqinin sonunda zalda olan iştirakçılar ona dəstək göstərmək məqsədilə ayağa qalxaraq alqışlayıblar.

Lakin tədbirdə diqqət çəkən məqamlardan biri İspaniyanın Baş naziri Pedro Sançezin ayağa qalxmaması olub. Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər Zelenskinin ayaq üstə alqışlanmasını beynəlxalq dəstəyin göstəricisi kimi qiymətləndirərkən, Pedro Sançezin ayağa qalxmaması diplomatik müzakirələrə yol açıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью