Təkcə “Pembe” partiyə dəvət olunmadı Video

14.05.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin məşhur “Kızılcık şerbeti” serialının komandası 100-cü bölüm münasibətilə ötən axşam parti təşkil edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, lakin ziyafətdə serialda 3 mövsüm, 96-cı bölümə qədər “Pembe” obrazını canlandıran Sibel Taşçıoğlu iştirak etməyib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Taşçıoğlu məsələ ilə bağlı açıqlamasında şənliyə dəvət olunmadığını bildirib: “Bəli, ziyafətə dəvət edilməmişəm. Hər kəsin “Pembe”ni axtarmasını da anlayıram. Amma mənim üçün o dəftər artıq bağlanıb”.

Qeyd edək ki, S. Taşçıoğlunun digər ssenarist Melis Civelekin qızı, “Nilay” obrazına həyat verən Feyza Civeleklə qalmaqal yaşadığı üçün serialdan uzaqlaşdırıldığı bildirilir.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью