Təkcə qadağalarla problem həll olmur Sosioloq | Icma.az
Demokrat.az saytına istinadən Icma.az xəbər verir. Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib.
Bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb.Sosioloq Yusif Nəbiyev Demokrat.az-a açıqlama verib.O qeyd edib ki, sırf irəli sürülən bu iddianın həqiqəti nə dərəcədə əks etdirdiyi sual altındadır:“Həqiqəti öyrənmək üçün bu barədə rəsmi qurumların açıqlamalarını gözləməkdən başqa yolumuz yoxdur.
Amma bu kimi şeyləri ilk dəfə deyil ki, eşidirik. Belə hadisələr cəmiyyətin sistemik zəifliklərinin, boşluqlarının bariz nəticəsidir.
Çünki bir uşaq küçədə tanımadığı biri tərəfindən zəhərlənə bilirsə, demək ki, ortada təkcə fərdi məsuliyyətsizlik yox, kollektiv təhlükəsizlik iflası var.
Belə hallar göstərir ki, "narkomaniya ilə mübarizə" adı altında aparılan təbliğatlar əksər vaxt kağız üzərində, divarlarda, afişalarda qalır.
Təkcə qadağalarla, profilaktik söhbətlərə problem həll olunmur.
Köklü həll üçün fransız sosioloqu Pyer Burdiyönün deyimi ilə desək, oturuşmuş sosial kapitala ehtiyac var.
Cəmiyyətdə insanlar arasında qarşılıqlı güvən, dəstək və nəzarət olmalıdır.
Tam oxu
Xəbəri oxu