Təkər dəyişərkən nələrə diqqət etməliyik? Ustadan XƏBƏRDARLIQ! | Icma.az
Redaktor.az saytına istinadən Icma.az xəbər verir. Şəmkirdə 13 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
2012-ci il təvəllüdlü İsa Qasımov atasına məxsus avtomobilin təkərini dəyişərkən qaldırıcının sürüşməsi nəticəsində avtomobilin altında qalaraq həyatını itirib.
Redaktor.az-a açıqlamasında avtomobil ustası Səməd Babayev bildirdi ki, bu cür faciələrin qarşısını almaq üçün avtomobil üzərində iş aparılarkən əsas təhlükəsizlik qaydalarına mütləq şəkildə riayət edilməlidir.
Usta vurğuladı ki, təkəri dəyişərkən, avtomobil təhlükəsiz şəkildə park edilməlidir.
Əvvəlcə əyləc (əl əyləci) çəkilməli, avtomobil düz və bərk bir səthdə saxlanılmalıdır.
Təkərin dəyişilməsi zamanı qarşılıqlı təhlükəsizlik tədbirləri görülməlidir.
Dəyişdiriləcək təkərin qarşısındakı və arxasındakı çarpaz təkərlər tormoz blokları və ya taxta parçaları ilə sabitlənməlidir ki, avtomobil irəli və ya geri hərəkət etməsin.
"Təkərin boltlarını qaldırıcıdan istifadə etməzdən əvvəl boşaltmaq lazımdır, bu, avtomobil qaldırıldıqdan sonra onun tərpənməsinin qarşısını alır.
Tam oxu
Xəbəri oxu