Təkər əyriliyinə görə yaranan problemlər

04.06.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Avtomobildə mövsümə uyğun, texniki cəhətdən saz təkərlərin olması hələ işin yarısıdır. Düzgün quraşdırılmayan təkərlər ciddi problem mənbəyinə çevrilə bilər. 

Avtosfer.az xəbər verir ki, yeni təkər montaj olunarkən ilk növbədə düzgün balansirlənməlidir. Azərbaycanda bunu əksər ustalar düzgün yerinə yetirə bilir. Lakin, bununla da iş bitmir. Daha vacib məsələ təkərlərin düzgün bucaq altında qurulmasıdır (danışıqda “razval”).

Zavodun tövsiyə etdiyi bucaqdan kənara çıxıldıqda təkərlərin hərəkətə müqaviməti artır, dönmə bucaqlarının nisbəti pozulur. Bu da avtomobilin təhlükəsiz idarə edilməsinə birbaşa təhlükə yaradır. 

Balansirləmə və bucaqların qurulması düzgün olmadıqda təkərlərin aşınması sürətlənir, yanacaq sərfiyyatı və səs artır. Bəzən bu səbəbdən maşın hərəkətdə olarkən sükan “vurur”. Bunu isə hər sürücü hiss etmir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью