Təkəri dəyişərkən maşının altında qalıb öldü

20.10.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmkirdə dəhşətli hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, İsə Əlixan oğlu Qasımov yaşadığı evin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobili təmir edərkən ölüb.

Belə ki, İ.Qasımov avtomobilin ön sol təkərini dəyişən zaman qaldırıcı qəfil sürüşüb. Bu zaman onun başı avtomobilin altında qalıb və aldığı xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью