Təkərin balans edilməsi nəyə xidmət edir? SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! | Icma.az
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Son 150 ildə mexaniki emal kütləviləşdikdən, fırlanma sürəti artdıqdan sonra balansirəmə
Bəs balansirləmə nədir, onun avtomobildə rolu nədən ibarətdir?
Avtosfer.az xəbər verir ki, termin Azərbaycan Sovet Ensiklopediyasında belə izah edilir: BALANSİRLƏMƏ – fırlanan maşın hissələrinin müvazinətə gətirilməsi.
Balansirləmə xüsusi dəzgahlarda aparılır. Avtomobil təkərlərinin balansirlənməsi də ayrıca vacib məsələlərdəndir.
Şin və disk istehsal edilərkən kütlələr qeyri-bərabər paylanır. Bu hal istehsal qüsuru deyil, konstruktiuv xüsusiyyətdir.
Bunu aradan qaldırmaq üçün şin diskə keçirildikdən sonra xüsusi aqreqatda böyük dövrdə fırladılır.
Bundan sonra ortaya çıxan balanssızlıq qurğuşun kütlələrin diskə bərkidilməsi yolu ilə aradan qaldırılır. Bəs bu əməliyyat vacibdirmi?
Şinlərin balansı pozulduğu zaman sükan çarxı “vurur”, avtomobildə əlavə titrəyişlər yaranır.
Tam oxu
Xəbəri oxu