Təkərlərin tərkibinə şəkər qatılacaq

29.05.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

“Michelin” şirkəti yeni tərkibli təkər hazırlanması üzərində işləyir. 

Avtosfer.az xəbər verir ki, şirkət bu məqsədlə Fransada zavod tikir. Yeni zavodda istehsal ediləcək təkər xammalı neft deyil, qlükoza əsxaslı olacaq. Yəni, zərərli neft məhsulları yerinə, şin istehsalında şəkər emalı zamanı yaranan tullantılardan istifadə ediləcək.

Yeni əsaslı təkərlər həm ekologiya, həm də insan sağlamığı üçün zərərsizdir. Hazırda 30 mütəxəssis yeni tərkibli şin üzərində işləyir. Yeni tərkib artıq təyyarə şinlərində sınaqdan keçirilib. Avtomobillərdə isə yeni tipli şinlər 2026-cı ildə satışa çıxarılacaq.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью