Təkərlərin üstündəki rənglər nəyi ifadə edir? FOTO

14.10.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yəqin təzə şin alanlar onun üzərindəki qırmızı və mavi xətti görüb. Bəlkə də çoxları bunun yalnız dekorativ element olduğunu düşünür. Lakin, belə deyil. 

Avtosfer.az xəbər verir ki, bu rəngli zolaqlar sırf texniki xarakterli olub şinlərin böyük anbarlarda tez tanınması üçündür. Bu zolaqlara görə logistika işi asanlaşır.

Təkərin yan tərəfindəki ağ, sarı və qırmızı nöqtələr də təsadüfi qoyulmayıb. Ağ və sarı nöqtələr şinin ən yüngül, qırmızı isə ən ağır hissəsini göstərir.

Məqsəd balansirləmə zamanı montajçının işini asanlaşdırmaqdır.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью