“Təki belə nəticəli oyunumuz çox olsun”

04.11.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XII turunun “Kəpəz” – “Səbail” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Son görüşlər komandamızın oyununda böyük ruh yüksəkliyi yaratmışdı. Düzdü, oyunumuz istədiyimiz formada alınmadı. Amma, əzm, sonadək mübarizə vardı. Meydançaya əvəzetmədən buraxdığımız futbolçular da çalışdılar özlərini ən yaxşı tərəfdən göstərsinlər. Elə Camal Cəfərov da belə fərqləndi. Oyundan-oyuna nələrisə daha yaxşı etməyə çalışacağıq. Bəzi matçlarda zəif çıxış etməklə xal qazanmaq olur. “Turan Tovuz” ilə son görüşdə də yaxşı oynadıq, uduzduq. Təki belə nəticəli oyunumuz çox olsun, xallar yığaq. Çempionatımızda yeni nəfəsli “Kəpəz” görək. 

– Son dəqiqə qolu komandaya əlavə motivasiya verəcək?

– Ötən matçda son dəqiqələrdə qol buraxdıq, bu gün isə son dəqiqədə qol vurduq. Sona qədər qol vurmaq istəyimiz yaxşı motivasiyadır. İkinci hissədə daha yaxşı idik. İlk yarıda küləyə qarşı oynayırdıq. Layiqli qələbə qazandıq.

– Orxan Əliyevin oyunundan narazı idiz?

– İlk dəqiqələrdə çox top itirdi. Özünü narahat hiss edirdi. Bəzən belə məqamlarda oyunçunu əvəzləməklə ona fayda verirsən. Bu gün “Səbail” də bizə sürpriz etdi. Onların beşli müdafiə ilə oynayacağını gözləmirdik. Amma futbolçularım sonradan buna uyğunlaşdılar.

Şahin Cəfərov 

Əsas xəbərlər, Premyer liqa “Sabah” – “Kəpəz”: biletlər satışda

4 Noyabr 2024, 17:37

Araşdırma, Əsas xəbərlər, Premyer liqa Tovuzda iki fərqli oyun

4 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Manşet, P.S. Diniyevdən istefa mədəniyyəti – “Səbail” enişdən qurtulacaq?

4 Noyabr 2024, 8:09

Əsas xəbərlər, Ölkə futbolu Şahin Diniyev istefa verdi

3 Noyabr 2024, 18:22

Əsas xəbərlər, Premyer liqa “Kəpəz” – “Səbail”: heyətlər bilindi

3 Noyabr 2024, 15:09

Əsas xəbərlər, Premyer liqa Tovuzda autsayderlərin dueli, “Sabah” qələbə axtarışında

3 Noyabr 2024, 13:15

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью