Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Ağdam 60 minlik şəhər idi, indi orada 100 minlik şəhər tikilir”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Bizim qarşımızda çıxış edən nazirlər nə Norveçin, nə də Almaniyanın idi.
Onlar böyük müharibədən çıxmış və hələ də müharibə təhlükəsiz qurtarmamış bir ölkənin nazirləri idi.
Yəni dövlət büdcəsi üçün böyük əziyyət çəkiblər. Hamı dedi ki, kəndimizdə qaz yoxdur, su, yol, məktəb yoxdur. Bunu cari məsələyə çevirdilər.
Bir müddət qazsız, susuz, məktəbsiz qala bilərik, əsas odur ki, müharibədən çıxmışıq, bilirik neçəyə başa gəlir. İndi Qarabağ tikilir.
Mən oradakı şəhərlərə İlham Əliyevin şəhərləri deyirəm. 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir.
Ermənilər Qarabağa 800 milyard dollar ziyan vurub və onu qısa müddətdə həll etmək mümkün deyil.