Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
İnsanlar arasında tequilanın tərkibində şəkərin az olduğu və araqla müqayisədə daha xeyirli sayıldığı barədə fikirlər geniş yayılıb. Lakin dietoloq Cessika Klensi-Stroun bu yanaşmanın elmi əsasının olmadığını bildirib.
Mütəxəssisin sözlərinə görə, tequilanın hazırlandığı aqava bitkisinin tərkibində bağırsaq sağlamlığı üçün faydalı olan fruktanlar var. Bu maddələr toxluq hissi yaradır və iltihabəleyhinə təsir göstərir. Buna baxmayaraq, spirtli içki emalı zamanı həmin faydalı xüsusiyyətlər itir.
Ekspert qeyd edir ki, istər araq, istərsə də tequila mərkəzi sinir sisteminin işini ləngidir. Orqanizm üçün hansı içkinin daha zərərli olduğunu müəyyən edərkən əsas diqqəti spirtin növünə deyil, kokteyllərə əlavə edilən şirin şirələrə və likörlərə yönəltmək lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, spirtli içkinin təhlükəsiz miqdarı və ya zərərsiz qəbul tezliyi mövcud deyil. Həftədə bir dəfə spirtli içki qəbul etmək belə, zamanla asılılıq yarada bilər.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Mütəxəssisin sözlərinə görə, tequilanın hazırlandığı aqava bitkisinin tərkibində bağırsaq sağlamlığı üçün faydalı olan fruktanlar var. Bu maddələr toxluq hissi yaradır və iltihabəleyhinə təsir göstərir. Buna baxmayaraq, spirtli içki emalı zamanı həmin faydalı xüsusiyyətlər itir.