Təkirdağda ağır qəza Xəsarət alanlar var

15.02.2025

Icma.az, Manset portalına istinadən məlumat verir.

Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrika işçilərini daşıyan xidməti mikroavtobusun aşması nəticəsində 25 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Qəza saat 15:30 (Bakı vaxtı ilə 16:30 – red.) radələrində Muradlı – Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. İddiaya görə, <…> boyaxananın işçilərini daşıyan sərnişin mikroavtobusu yağışlar səbəbindən sürüşkən olan yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü <...> və avtobusdakı 24 işçi yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.

Bildirilib ki, məlumat əsasında hadisə yerinə altı təcili yardım və iki yanğınsöndürən maşını göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью