Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Müsabiqədə qalib olanda Mastro Niyazi deyirdi ki, bizim bir Leylimiz hazırdır. Amma qismət olmadı həmin obrazı oynayım. Çünki kiminsə qapısını döyən deyiləm. Dəvət də almadım, xasiyyətimdə də yoxdur ki, deyim, gəlmişəm".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nuriyyə Əhmədova "Qonaqcanlı" verilişində deyib. Müğənni bildirib ki, ona "Leyli" obrazı verilməyib:
"İndi təklif də gəlsə, oynamaram. Özümə söz verdim. Bəzən adam çox şeydən küsür. Amma sənətimdən kiməsə görə küsüb uzaqlaşmağım yoxdur. Sənətimi çox sevirəm. İnsan gərək sağlam ruhda ola ki, ailəsinə ötürə bilsin.