Təkliflər Pezeşkianın masasında

30.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarici işlər naziri Abbas Əraqçi İran Prezidenti Məsud Pezeşkiana ABŞ-nin yeni təkliflərini təqdim edib.

“Cebheinfo.az” İRNA-ya istinadən xəbər verir ki, rəsmi məlumatda Əraqçinin ABŞ-nin  danışıqlarla bağlı yeni təkliflərini Prezident Pezeşkiana təqdim etməsi qeyd olunsa da, detallar açıqlanmayıb.

Xatırladaq ki, Əraqçi  BMT Baş Assambleyasında yüksək səviyyəli danışıqlar üçün Nyu-Yorka səfər etmişdi.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə ABŞ tərəfinin ötən bazar ertəsi vasitəçilər vasitəsilə iranlılarla danışıqlar apardığını təsdiqləmişdi.

Əraqçi, həmçinin bildirib ki, İran danışıqçıları Qətər vasitəçiləri ilə əlaqə saxlayıblar və tezliklə Vaşinqtondan təkliflərinə cavab almağa ümid edirlər.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью