“TEKNOFEST KKTC 2025” texnologiya müsabiqəsinə müraciətlər başlayıb | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” texnologiya müsabiqəsi 2025-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində texnologiya və innovasiyaya həvəsli iştirakçıları bir araya gətirir.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
2025-ci ildə ilk dəfə keçiriləcək və “TEKNOFEST Robolig” Mavi Vətən Müsabiqəsi, “TEKNOFEST” KKTC Araşdırma Layihə Müsabiqəsi və “HackMasters” Mavi Vətən Müsabiqəsi ilə texnologiya və innovasiya dünyasında böyük həyəcan yaradacaq festival üçün müsabiqə müraciətləri başlayıb.
İştirakçılar layihələrini nümayiş və inkişaf etdirmək imkanı əldə edəcək, komandalar isə ümumilikdə 2,5 milyon TL (türk lirəsi) mükafat və 3 milyon TL (türk lirəsi) maliyyə dəstəyi ilə təmin olunacaqlar.
“TEKNOFEST 2025” çərçivəsində keçiriləcək müsabiqələr texnologiyanın müxtəlif sahələrində innovativ həllərin hazırlanması imkanı təqdim edir.
Turizm Texnologiyaları Yarışması Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin zəngin mədəni irsi, turizm potensialı və mədəni fəaliyyətləri üçün innovativ həllər hazırlamaqla Sosial İnnovasiya Müsabiqəsi sosial problemlərə texnologiyayönümlü yaradıcı yanaşmalar təqdim edəcək.
İlk dəfə təşkil ediləcək müsabiqələrdən biri olan “TEKNOFEST” KKTC Araşdırma Layihə Müsabiqəsində “Kənd təsərrüfatı, Ətraf mühit və enerji” kateqoriyalarında Şimali Kipr Türk Cümhuriyyətinin problemlərinə yenilikçi həllər tapılacaq.
Tam oxu
Xəbəri oxu